“Sumqayıt” futbol klubu təlim-məşq toplanışında Macarıstan klubu ilə qarşılaşacaq. Bu haqda Report-a istinadən yazırıq.
Klubumuz, yeni baş məşqçi Aleksey Baqa ilə ilk matçına 16 yanvar tarixində çıxacaq. "Uypeşt" komandası ilə oyun Türkiyənin Antalya şəhərində keçiriləcək.
Qeyd edək ki, Sumqayıt təmsilçisi 12-23 yanvar tarixlərində “Aska Resort” hotelində məskunlaşacaq. Bu müddət ərzində komanda daha 2 yoxlama oyununda qüvvəsini sınayacaq.