“Sumqayıt” futbol klubu 15 turdan sonra nəhayət 3 xal qazanıb. Bu barədə Sumqayıt24 xəbər verir.
Premyer Liqanın 26-cı turu çərçivəsində, komandamız "Şamaxı"nı qəbul edib. “Kapital Bank Arena” stadionunda baş tutan oyunda “kimyaçılar” Əli Qurbaninin vurduğu 2 cavabsız qol ilə rəqibini məğlub edib.
Qeyd edək ki, bu, "Sumqayıt"ın 2022-ci ildə və Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub.