“Sumqayıt” futbol klubu cəzalandırılıb. Sumqayıt24 bu barədə 6 oktyabr tarixində Affa.az-a istinadən xəbər verir.
"Gənclik şəhəri" təmsilçisinin fanatları "Kəpəz"lə qolsuz heç-heçə etdikləri matçda (Premyer Liqanın 8-ci turu) meydana kənar əşyalar (konfetti lentləri) atıblar. Bu səbəbdən AFFA İntizam Komitəsi kluba 1600 manat məbləğində cərimə kəsib.
Gəncənin klubu isə 4 futbolçusunun sarı vərəqə almasına görə 800 manat cərimə ödəməlidir.