“Sumqayıt” futbol klubu gələcək mövsüm üçün ilk transferi reallaşdırıb. Sumqayıt24 bu haqda 28 iyun tarixində xəbər verir.
Komandamıza ötən mövsümü “Ankara Keçiörengücü”də keçirmiş yarımmüdafiəçi Vüsal İsgəndərli cəlb olunub. Onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İsgəndərli bundan əvvəl “Rəvan”, “Simurq”, “Zirə” və “Şamaxı” klublarının da şərəfini qoruyub.