"Sumqayıt" futbol klubu son İran çempionu "İstiqlal" ilə üz-üzə gələcək. Bu barədə 27 iyul tarixində Sumqayıt24 xəbər verir.
Yoxlama xarakteri daşıyan matç Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq. Qarşılaşma 28 iyul tarixində Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Xatırladaq ki, təmsilçimiz daha öncə Türkiyənin “Samsunspor” klubu ilə yoldaşlıq oyunu keçirib.