“Sumqayıt” futbol klubu 18 mart tarixində, Premyer Liqanın 20-ci turunda “Keşlə” ilə qarşılaşıb. Oyun “ASK Arena” stadionunda baş tutub.
Hesab matçın 45-ci dəqiqəsində açılıb. Meydan sahiblərinin futbolçusu Amil Yunanov fərqlənib. Lakin, “Keşlə”nin oyunçusu Franko Flores 57-ci dəqiqədə vurduğu avtoqolla “Sumqayıt”ı məğlubiyyətdən qurtarıb.
Bu turdan sonra “Sumqayıt” klubu 14 xalla 7-ci, “Keşlə” isə 19 xalla 6-cı pillədəki mövqeyini qoruyub.