“Sumqayıt” futbol klubunda əməkhaqqına ayrılan vəsait azaldılıb. Sumqayıt24 bu haqda 20 iyun tarixində Sportinfo.az-a istinadən xəbər verir.
Məlumata görə, maaş fondunun 20% aşağı düşməsi klubun avrokuboklardan kənarda qalmasından qaynaqlanır. Belə ki, “Sumqayıt” bu yay Avropa arenasında mübarizə aparmayacaq və müvafiq olaraq UEFA-dan ayrılacaq ümumi vəsaitin miqdarı xeyli aşağı düşəcək.
Qeyd edək ki, “Azərikimya”nın onlara nə qədər büdcə verəcəyi də hələ məlum deyil.