"Sumqayıt Futbol Klubu" MMC məhkəməyə müraciət edib. Sumqayıt24 bu haqda 20 aprel tarixində Pravda.az-a istinadən xəbər verir.
MMC "Azərişıq" ASC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.