“Sumqayıt” futbol klubunun növbəti rəqibi Premyer liqanın cari lideri “Qarabağ” olacaq. Sumqayıt24 bu haqda bu gün, 6 aprel tarixində Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.
Matç liqanın 22-ci turu çərçivəsində, şəhərimizin “Kapital Bank Arena” stadionunda baş tutacaq. Start fiti 10 aprel saat 18:30 səslənəcək. Oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, “Sumqayıt” 20 turdan sonra 7-ci, rəqib komanda isə 1-ci yerdə qərarlaşıb.