“Sumqayıt” futbol klubu “Sabah”-ı qəbul edəcək. Sumqayıt24 bu haqda təmsilçimizin rəsmi İnstagram səhifəsinə istinadən xəbər verir.
Oyun Premyer liqanın 21-ci turu çərçivəsində 2 aprel tarixində baş tutacaq. Komandalar saat 18:15-də “Kapital Bank Arena” stadionunda üz-üzə gələcəklər.
Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.