“Sumqayıt” futbol klubu Premyer Liqanın sonuncu turunda autsayderlə qarşılaşacaq. Sumqayıt24 bu haqda komandanın sosial şəbəkə hesabına istinadən xəbər verir.
Məlumata görə, təmsilçimiz “Kapital Bank Arena” stadionunda “Səbail”ı qəbul edəcək. Oyunun start fiti 21 may saat 19:00-da səslənəcək.
Qeyd edək ki, 27 turdan sonra “Sumqayıt” 7-ci, “Səbail” isə 8-ci pillədə qərarlaşıb.