“Sumqayıt” klubu “Sabah”a rekord vurmaqda köməkçi olub. Bu barədə 24 dekabr tarixində Sumqayıt24 xəbər verir.
“Sabah” komandası tarixinin ən böyük hesablı qələbəsini dünən məhz “kimyaçılar” üzərində qazanıb. Paytaxt təmsilçisi daha öncə bir neçə dəfə 5:0 hesablı qələbəyə sevinsə də, 6:0 onlar üçün bir ilkdir.
Qeyd edək ki, qolları Emmanuel Apeh, Aleksey Kaşuk, Coy Lens Mikels, Elvin Camalov, Anatoli Nuriyev və Davit Volkov vurublar.