“Sumqayıt” futbol klubunda yeni təyinat var. Sumqayıt24 bu haqda 27 iyun tarixində komandanın rəsmi saytına istinadən xəbər verir.
Məlumata görə, “gənclik şəhəri" təmsilçisinin heyətində 4 mövsüm keçirmiş müdafiəçisi Rail Məlikov baş məşqçi Aleksey Baqanın köməkçisi vəzifəsini icra edəcək.
Qeyd edək ki, 37 yaşlı veteran oyunçu "Sumqayıt"da 73 oyuna çıxıb. Məlikov məşqçi kimi ötən mövsüm “Şamaxı-2” ilə I Divizionun gümüş medallarına yiyələnib.