“Sumqayıt” futbol klubunun oyunçusu rəqib futbolçuya “kunq-fu” sayağı zərbə endirdiyi üçün cəzalandırılıb. Sumqayıt24 bu haqda bu gün, 4 may tarixində Oxu.az-a istinadən xəbər verir.
Belə ki, Tellur Mütəllimov 11 noyabr tarixində baş tutan “Azərbaycan” - “Lüksemburq” oyununda qonaq komandanın oyunçusu Olivye Tillədən topu almaq istəyərkən ona ayağı ilə zərbə endirib. O, birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Hazırda isə FIFA-nın İntizam Komitəsi tərəfindən həm futbolçuya, həm də ki AFFA-ya verdiyi cəzaların məzmunu aydın olub. Beləliklə, Mütəllimov 4 oyunluq cəzalanıb. AFFA isə futbolçuya görə 8675 manat cərimələnib.