“Sumqayıt” – “Səbail” oyununa təyin olunan hakimlərin adları məlum olub. Sumqayıt24 bu haqda Futbol Klubun Instagram hesabına istinadən xəbər verir.
8 fevral tarixində, “ASCO Arena” stadionunda keçiriləcək matç, aşağıda qeyd etdiyimiz hakimlərə həvalə olunacaq:
Hakimlər - Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov;
Hakim-inspektor - Ceyhun Haşımov;
AFFA nümayəndəsi - Rüfət Əmirov.
Qeyd edək ki, 15-ci tur çərçivəsində baş tutacaq oyunun start fiti saat 19:15-də səslənəcək.