“Sumqayıt” futbol klubunun maraq dairəsində olan futbolçuların adları açıqlanıb. Sumqayıt24 bu haqda bu gün, 22 mart tarixində Apasport.az-a istinadən xəbər verir.
Aparıcı futbolçularla yollarını ayıran “Sumqayıt”, heyətinə bir neçə oyunçu qatmaq istəyir. Klub prezidenti Riad Rəfiyev boşluğu Ukraynada çıxış edən Azərbaycan əsilli gənclərlə doldurmağı planlaşdırır.
Belə ki, onun komandaya gətirmək istədiyi futbolçular - “Dinamo Kiyev”in yarımmüdafiəçisi Əlibəy Əhmədov, “Podilya”nın sol cinah müdafiəçisi Emin Səfixanov və “Kremin”in pleymeykeri Tuqay Əlizadədir.