“Sumqayıt” futbol klubu cərimələnib.
Sumqayit24.az xəbər verir ki, AFFA Misli Premyer Liqasının XXIV turunun oyunlarında yaşananlarla bağlı qərarlar verib. İntizam Komitəsinin qərarı ilə “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə klub 700 manat ziyana düşüb.