“Sumqayıt” futbol klubu yetirməsi Əjdər Hacılını icarəyə verib.
Sportinfo.az-ın məlumatına görə, “Kimyaçılar” gənc hücumçunu “Difai”nin düşərgəsinə göndərib. 2004-cü il təvəllüdlü forvard növbəti mövsümdə I Liqada özünü göstərməyə çalışacaq.
Qarabağ qazilərinin klubundan gələn təklifə isti yanaşan sumqayıtlılar gənclər yığmasına namizəd oyunçunun aşağı liqada təcrübə toplamasına şərait yaradıblar.