Sumqayıt boks məktəbinin yetirmələri Avropa birinciliyində uğur qazanıblar. Sumqayıt24 bu barədə 22 avqust tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Türkiyənin Ərzurum şəhərində yeniyetmə məktəbli boksçular arasında keçirilən yarışda yığma komandanın tərkibində çıxış edən Sübhan Babayev (44 kq) birinciliyin qızıl, onun komanda yoldaşı Kənan Aslanlı (60 kq) isə bürünc medalına yiyələniblər.
İdmançılar Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələridir. Şəxsi məşqçiləri isə Azərbaycan Respublikasının Əməkdar məşqçisi Elbrus Rzayevdir.