Sumqayıt idmançıları turnirdə uğurla çıxış ediblər.
Sumqayit24.az xəbər verir ki, Bakıda yerləşən Sərhədçi İdman Olimpiya Mərkəzində boccia idman növü üzrə “2024 Seni Cup” Azərbaycan Çempionatı keçirilib. Yarışda iştirak edən Sumqayıt idmançıları Fidan Sadıqova və Aqşin Zeynallı qızıl, Aydan Göyüyeva gümüş, Gülər Əsgərova, Pərviz Cəfərzadə, eləcə də Türkan Cəfərli bürünc medal qazanıblar.
İdmançıların məşqçiləri Sevinc Kərimova, Xanımnisə Rüstəmova və İsa Turabovdur.