Sumqayıt idmançısı Sübhan Babayev beynəlxalq turnirin qalibi olub.
Sumqayit24.az xəbər verir ki, Rumıniyanın Breila şəhərində boks üzrə “Drakula Open” beynəlxalq turniri keçirilib. 57 kq çəki dərəcəsində mübarizə aparan S. Babayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
İdmançının məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Elbrus Rzayevdir.