top
Sumqayıtın legioneri: Qarabağa qalib gəlmək vacib idi - MÜSAHİBƏ
24 oktyabr 2025, 14:45
- ↺ +

"Sumqayıt"ın legioneri: "Qarabağ"a qalib gəlmək vacib idi" - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Sumqayıt"ın hücumçusu Ronaldo Vaskez Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt" 8-ci turda "Karvan-Yevlax" üzərində inamlı qələbə qazandı. Əslində, bu qələbə çoxları üçün sürpriz deyildi. Bəs, özünüz üçün necə?

- Turnir cədvəlinə xal əlavə etmək baxımından hər qələbə vacibdir. Komanda bu görüşdə çox yaxşı idi. Ümid edirik ki, eyni ruhda da davam edəcəyik.

- Demək olar ki, bu mövsüm qarşılaşdığınız ən zəif rəqib "Karvan-Yevlax" idi?

- İlk hissədə onlar bunu göstərmədilər. İkinci hissədə zonalar tapdıq və oyunu bitirə bildik. 

- Komanda bir müddət əvvəl lider idi, amma hazırda 5-ci pillədəsiniz. Səncə, nəyə görə belə oldu? 

- Turnir cədvəlində yuxarı pillələrə yüksəlmək üçün zəif tərəflərimiz üzərində işləməyə davam etməliyik. "Karvan-Yevlax"a qarşı evdə qazanılan bu qələbə komandaya xal toplamaqda böyük ruh verir.

- İkinci turdan sonra isə "Sumqayıt" qalibiyyət əldə edə bilmirdi. Yalnız "İmişli"yə texniki qələbə ilə qalib gəlmişdiniz. Ola bilər ki, "Qarabağ" üzərindəki qələbə sizi eyforiyaya salmışdı?

- "Qarabağ"a qalib gəlmək vacib idi. Amma məncə, özümüzə daha çox diqqət yetirməli və hər matçda daha da inkişaf etməliyik. Biz yalnız irəliyə baxırıq. 

- Ümumiyyətlə, necə düşünürsən, "Sumqayıt" avrokuboklara vəsiqə qazana biləcək? Komanda bu mövsüm daha da güclü görünür?

- Avrokuboklara getmək istəyirik və bunun üçün çox çalışırıq. Bunun asan olmayacağını bilirik. Amma mümkünsüz də deyil. Biz buna nail ola bilərik.

- Növbəti turda rəqibiniz "Zirə"dir. Bu matçda qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən? "Zirə" son turda "Sabah"a uduzdu...

- Bu matça ən yaxşı şəkildə hazırlaşırıq. Onların çətin rəqib olduğunu bilirik. Lakin hücumda rəqibdən daha üstün ola bilərik.

- Artıq 2024-cü ildən "Sumqayıt"da oynayırsan. Maraqlıdır, Azərbaycanın fərqli klublarından təkliflər almısan, yoxsa gələcəyini "Sumqayıt"da düşünürsən?

- Bütün diqqətimi bu mövsümə yönəltmişəm. Hazırda "Sumqayıt"ın futbolçusuyam və komandanın daha yaxşı mövqeyə çıxması üçün əlimdən gələni edəcəyəm.

- Dominikan Respublikası millisinə dəvət edilirdin. Komanda öz qrupunda 3-cü pillədədir. Yəqin ki, siz də dünya çempionatına çıxmaq üçün oynayırdınız. Səncə, bunu reallaşdıra biləcəksən gələcəkdə? Dominikan Respublikası millisini Azərbaycan yığmasından güclü hesab edirsən?

- Dominikan Respublikası milli komandasının çox yaxşı oyunçuları var. Biz bir ailəyik, bu, hər şeyi asanlaşdırır. Biz futbolda yüksəlişdə olan ölkəyik və öz ölkəmi Azərbaycanda təmsil etməkdən çox qürur duyuram. Deməzdim ki, biz Azərbaycandan daha yaxşı və ya pisik, amma biz Avropanın mühüm liqalarında oyunçuları olan bir komandayıq. Ölkəmin millisində dünya çempionatına vəsiqə qazanmaq mənim üçün arzu olardı.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Bu gün, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Bu gün, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Bu gün, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Bu gün, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Bu gün, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Bu gün, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Bu gün, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Bu gün, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Bu gün, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Bu gün, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Bu gün, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Oxşar xəbərlər