Sumqayıt idmançısı “Karate 1 Premyer Liqa” turnirində bürünc medala sahib olub. Bu barədə 5 sentyabr tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Bakı şəhərində keçirilən yarışa 58 ölkədən 348 karateçi qatılıb. Yığma komandanın tərkibində çıxış edən Sumqayıt karate məktəbinin yetirməsi Murad Hacızadə (+84 kq) turnirdə 3-cü yerə layiq görülərək bürünc medal qazanıb.
Murad Hacızadənin məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rafael Məmmədovdur.