“Sumqayıt” futbol klubunun növbəti oyununa hakim təyinatı olub. Bu haqda klubun sosial şəbəkə hesabına istinadən xəbər veririk.
Daha öncə xəbər verdiyimiz kimi, Premyer Liqanın 20-ci turunda şəhərimizin təmsilçisi “Keşlə”nin qonağı olacaq. Oyunu aşağıda adlarını qeyd etdiyimiz hakimlər idarə edəcək:
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev;
Hakim-inspektor: Əmrah İbrahimov;
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.