"Sumqayıt" futbol klubu üç il beş aydan sonra səfərdə 3 qol vurub. Sumqayıt24 bu haqda 3 mart tarixində Report.az-a istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, Samir Abasovun yetirmələri Premyer Liqanın 28-ci turunda "Turan Tovuz"u məğlub ediblər. Komandamızın sonuncu belə məhsuldarlığı Tovuz səfərindən 1237 gün əvvələ təsadüf edib. 2019-cu il noyabrın 10-da “Sabah”ın qonağı olan “Sumqayıt” 3:1 hesablı qələbəyə sevinmişdi.