“Sumqayıt”da daha bir ayrılıq olub. Sumqayıt24 bu haqda 5 iyun tarixində xəbər verir.
Komandamız bu dəfə yerli futbolçu ilə vidalaşıb. 22 yaşlı yarımmüdafiəçi Rüfət Abdullazadə ilə “Sumqayıt” arasında yeni müqavilə imzalanmayıb.
Xatırladaq ki, Bakının “Sabah” klubu onun xidmətləri ilə maraqlanırdı.