“Sumqayıt” 20 yaşadək futbolçulara ən çox şans verən klublar sırasındadır. Sumqayıt24 bu haqda 12 aprel tarixində Report.az-a istinadən xəbər verir.
Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin siyahısına görə, son 5 ildə “Sumqayıt”da bu kateqoriyaya aid 9 oyunçu meydana çıxıb. Onlar 139 matç keçiriblər.
Reytinqə əsasən, komandamız Premyer Liqa çərçivəsində 3-cü yerdə qərarlaşıb.