"Sumqayıt" klubundan ayrılan futbolçuların sayı artmaqdadır.
Bizim.media-nın məlumatına görə, Fernando Medeiros, Rəhim Sadıxov və Cordan Rezabaladan sonra növbə Kristian Velinovskiyə çatıb.
Uzunmüddətli zədədən sonra müalicə alıb kluba qayıdan yarımmüdafiəçi ümidləri doğrultmur. Makedoniyalı legionerə yaya kimi qüvvədə olan müqavilənin qarşılıqlı razılıq əsasında pozulması təklif olunub və o, ilkin razılığını verib.
25 yaşlı futbolçu bu mövsüm iki görüşdə meydana çıxıb. Velinovski 2023-cü ilin sentyabr ayından "Sumqayıt"ın şərəfini qoruyur. O, arxada qalan müddətdə cəmi 7 oyun keçirib.