top
Sumqayıt  klubu ilə İcra hakimiyyəti arasında anlaşılmazlıq-Borcu kim ödəyəcək?
26 sentyabr 2024, 05:58
- +

"Sumqayıt" klubu ilə İcra hakimiyyəti arasında anlaşılmazlıq-Borcu kim ödəyəcək?

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qaz kəsilib.

“Qafqazinfo”nun məlumatına görə, stadionda qaz olmadığına görə isti su problemi mövcuddur. Ev oyunlarını adıçəkilən arenada keçirən “Sumqayıt” klubu da çətinliklə üzləşib. Keçirilən matçlardan sonra istər ev sahiblərinin, istərsə də rəqibin futbolçuları arenanın hamamından istifadə edə bilmir.

Qazın kəsilməsinin səbəbi isə borcdur. Hazırda stadionun “Azəriqaz”a 100 min manatdan çox borcu var. Hər gün də bu borc artır.

Maraqlısı isə budur ki, həmin borcun kimin ödəməli olduğu bilinmir. “Sumqayıt” klubu arenanı icarəyə götürsə də, borcun daha əvvəldən mövcud olduğunu bildirir.

Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev problemin mövcud olduğunu bildirib, lakin onlara heç bir aidiyyəti olmadığını deyib: “Borc biz hələ oyunlarımızı bu arenada keçirməmişdən əvvəl də mövcud olub. Biz ayda cəmi 2 dəfə oyun keçiririk və 2 oyunla 100 min manatdan çox borc yığıla bilməz. Özümüz də əziyyət çəkirik. Hər dəfə AFFA İntizam Komitəsi bizi cərimələyir. Klub olaraq bildiririk ki, həmin borcu stadionu tikən orqan – Sumqayıt Şəhər İcra Hakimiyyəti ödəməlidir. Yəni klub tərəfindən hansısa borc yoxdur.”

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən isə bildirilib ki, həmin borca klub cavabdehdir: “Bu arenaya “Sumqayıt” futbol klubu baxır.”

Ölkədəki futbol stadionlarının əksəriyyəti Gənclər və İdman Nazirliyinin balansında olsa da, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu nazirliyə tabe deyil. Bu məlumat nazirlik tərəfindən də təsdiq edilib.

Digər problem ondan ibarətdir ki, Belarusun “Dinamo” (Minsk) klubu UEFA Konfrans Liqasındakı ev oyunlarını məhz Sumqayıtda keçirəcək. Minsk təmsilçisi Şotlandiyanın “Harts” klubunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Lakin belaruslular hələ ki, su problemindən xəbərsizdir. Əgər o zamana qədər məsələ həllini tapmasa, UEFA bu dəfə “Dinamo”nu cərimələyəcək.

Qaz problemi isə “Sumqayıt” klubu və Sumqayıt Şəhər İcra Hakimiyyəti arasındakı anlaşılmazlıq üzündən həll edilməmiş qalır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda tullantı məntəqələri yarım milyon manata abadlaşdırılacaq

Bütün xəbərlər
Bu gün, 13:50

SDU-nun rektoru tələbələrə: "AI-nin hər dediyinə inanmayın"

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda lövhə qəzaya səbəb ola bilər - VİDEO

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda gecə kabusu: "İydən boğulurduq"

İdman
Bu gün, 12:05

"Sumqayıt" - "Şamaxı" matçını bu sayda azarkeş izləyib

Bütün xəbərlər
Bu gün, 11:35

Sumqayıtda 2026–2027-ci tədris ili start götürdü - RƏQƏMLƏR

Bütün xəbərlər
Bu gün, 11:05

Pakistanlı ata-oğulu öldürmək istəyən şrilankalılar Sumqayıt məhkəməsinin hökmündən narazıdırlar

Bütün xəbərlər
Bu gün, 10:35

Sumqayıtda şəhid jurnalistin oğlu üçün ilk zəng çalınır

Bütün xəbərlər
Bu gün, 09:53

19 yaşında Vətən üçün canından keçən Nicatın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:23

124 min uşaq üçün ilk zəng çalınır

Bütün xəbərlər
Bu gün, 07:00

Azərbaycanda bu gün Bilik Günüdür

Bütün xəbərlər
Dünən, 19:30

Sumqayıtlı aktirsa: "Evindən xəbəri olmayan sənə ağzına gələni yazır"

Bütün xəbərlər
Dünən, 19:00

SDU aliminin məqaləsi nüfuzlu jurnalda

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıtda çayxana səkiyə "çıxıb"? - İDDİA

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtda mağaza açıldı, qonşu obyektə ziyan vuruldu

Bütün xəbərlər
Dünən, 17:35

Emin Əmrullayev: "Yaxın həftə, yaxud aylarda müəllimlərin ikinci sertifikasiya prosesi aparılacaq"

İdman
Dünən, 17:15

Nə "Sumqayıt"da, nə də "Partizan"da üzü gülmədi – Saşa İliçdən antirekord

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıtın bu yolunda sürücülər əziyyət çəkir

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda "Bilik günü" günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 16:14

Emin Əmrullayev: "Yaxın günlərdə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar açıqlanacaq"

İdman
Dünən, 15:45

"Əlimdən gələn hər şeyi edəcəyəm" – "Sumqayıt"ın yeni transferi söz verdi

Bütün xəbərlər
Dünən, 15:45

Çimərlik mövsümünün son gününün havası

Bütün xəbərlər
Dünən, 15:15

Şəriətdə süni intellekt məsələsi - Allahşükür Paşazadə nə düşünür?

Bütün xəbərlər
Dünən, 14:46

Sumqayıtda qardaş qardaşı maşınla vurdu

Oxşar xəbərlər