"Sumqayıt" futbol klubunun rəhbərliyində kadr dəyişikliyi olub. Sumqayıt24 bu haqda 30 iyun tarixində komandanın rəsmi səhifəsinə istinadən xəbər verir.
Məlumata görə, 5 ildir ki idman direktoru kimi çalışan Zamiq Hüseynov vəzifəsindən ayrılıb. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Hüseynovun fəaliyyəti dövründə komanda 2 dəfə avrokuboklara vəsiqə qazanıb, 2 dəfə Azərbaycan Kubokunun finalçısı olub, 1 dəfə isə Premyer Liqanın bürünc medalına layiq görülüb.