“Sumqayıt” voleybol komandası Masallı rayonunda baş tutan turnirin qalibləri sırasındadır. Sumqayıt24 bu haqda 8 iyun tarixində Cenublu.az-a istinadən xəbər verir.
15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş birincilik Olimpiya Kompleksində keçirilib. Burada yeniyetmə və gənc oğlanlar medallar uğrunda mübarizə aparıb. Nəticələrə görə, şəhərimizi və Masallını təmsil edən kollektivlər 3-cü yeri bölüşüblər.
Qaliblərə təşkilatçılar tərəfindən kubok ,diplom, medal və hədiyyələr təqdim olunub.