Sumqayıt şəhər komandası "Şahin" hərbi-idman oyununda qələbə qazanıb. Sumqayıt24 bu haqda bu gün, 28 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, təmsilçimiz sözügedən oyun üzrə Cəlilabad şəhərində keçirilən regional zona birinciliyində bütün rəqiblərini üstələyərək 1-ci yerə layiq görülüb. Bununla da onlar Respublika final mərhələsinə vəsiqə qazanıb.