"Sumqayıt" transfer çalışmalarını davam etdirir.
Sumqayit24.az xəbər verir ki, "kimyaçılar"ın sıralarına cəlb etməyi hədəflədiyi legionerlərdən birinin kimliyi bəllidir.
"Gənclik şəhəri" təmsilçisi, yerli azarkeşlərin "Səbail"dəki çıxışından (2023-2024) tanıdığı hücumçu Aleksandr Ramalinqomu heyətə qatmaqda maraqlıdır.
Qeyd edək ki, Madaqaskar millisinin 32 yaşlı forvardı son mövsümü İsrailin "Bney Saxnin" klubunda keçirib.