“Sumqayıt” futbol klubu Misli Premyer Liqasının 13-cü turunun oyununu keçirib. Sumqayıt24 bu barədə 7 noyabr tarixində kluba istinadən xəbər verir.
Qarşılaşma “Kapital Bank Arena” stadionunda baş tutub. Gərgin keçən oyunda komandamız "Neftçi" ilə 2:2 hesablı heç-heçə edib.
Komandamızın heyətində Riçard Qadze və Murad Xaçayev fərqləniblər. Rəqibin qollarını isə Qodsvey Donyo və Ataa Caber vurublar.