“Sumqayıt” - “Neftçi” oyununun biletləri artıq satışdadır.
Sumqayit24.az xəbər verir ki, 21 sentyabr, saat 19:30-da baş tutacaq “Sumqayıt” - “Neftçi” matçının biletlərini iTicket.az, 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi, həftə içi hər gün 16:00-19:00 arası, oyun günü isə saat 12:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.
Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 va 10 manatdır. BirBank Cashback Mastercard kartları ilə onlayn bilet alışı zamanı 30% keşbek əldə etmək mümkündür.