“Sumqayıt” futbol klubunun növbəti oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Sumqayıt24 bu haqda bu gün, 11 mart tarixində Azərbaycan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, Premyer liqanın 19-cu turunda klubumuz “Neftçi” PFK-ilə qarşılaşacaq. “Bakcell Arena” stadionunda keçiriləcək oyun aşağıda adlarını qeyd etdiyimiz hakimlərə həvalə ediləcək:
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Rahil Ramazanov, Elçin Məsiyev;
Hakim-inspektor: Ramil Diniyev;
AFFA nümayəndəsi: Elgiz Abbasov.