“Sumqayıt” futbol klubu mühüm qələbə qazanıb.
Sumqayit24.az xəbər verir ki, komanda Premyer Liqanın 16-cı turunda “Neftçi” ilə qarşılaşıb. Vaqif Cavadovun yetirmələri rəqibi 2:0 hesabı ilə məğlub ediblər. Qolları Kamran Quliyev və Cordan Rezabala vurub.
Qeyd edək ki, oyun Mehdi Hüseynzadə adına stadionda keçirilib.