“Sumqayıt” futbol klubu Misli Premyer Liqasının 21-ci turunun oyununu keçirib. Sumqayıt24 bu haqda 6 fevral tarixində kluba istinadən xəbər verir.
“Gənclik şəhəri”nin təmsilçiləri “Neftçi” ilə qarşılaşıblar. “Bakcell Arena” stadionunda keçirilən matç “Ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt klubunun heyətində Solomon Kverkveliya (54-cü dəqiqə) və Mateus Saldanya (64-cü dəqiqə) fərqləniblər.