Premyer liqanın 22-cu turunda baş tutacaq “Sumqayıt” - “Qarabağ” oyununa təyinat alan hakimlər bəlli olub. Sumqayıt24 bu barədə bu gün, 8 aprel tarixində AFFA-nın saytına istinadən xəbər verir.
10 aprel saat 18:30-da, şəhərimizin “Kapital Bank Arena” stadionunda keçiriləcək oyunun hakimləri aşağıdakılardır:
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev;
Hakim-inspektor: Asim Xudiyev;
AFFA nümayəndəsi: Eldəniz Musayev.