Azərbaycan Kubokunun 1/4 finalında “Sumqayıt” klubu "Sabah"la qarşılaşacaq.
Sumqayit24.az xəbər verir ki, qarşılaşma fevralın 27-də saat 19:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Matçın biletləri cəmi 1 manatdır (VIP xaric). Biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyun günü isə stadionun kassasından əldə etmək mümkündür.