“Sumqayıt” futbol klubunun Premyer liqa oyununu idarə edəcək hakimlərin adları məlum olub. Sumqayıt24 bu haqda bu gün, 1 aprel tarixində AFFA-nın saytına istinadən xəbər verir.
Komandamız 21-ci turda “Kapital Bank Arena” stadionunda paytaxtın “Sabah” klubunu qarşılayacaq. Matça 2 aprel saat 18:15-də start veriləcək. Oyun aşağıda qeyd etdiyimiz hakim briqadasına həvalə olunub:
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov;
Hakim-inspektor: Ömər Paşayev;
AFFA nümayəndəsi: İlham Əliyev.