“Sumqayıt” futbol klubu sabiq oyunçusunu yenidən heyətinə cəlb edib. Bu haqda 30 may tarixində Sumqayıt24 Futbolinfo.az-a istinadən xəbər verir.
“Zirə” ilə müqaviləsi başa çatan qolkiper Mehdi Cənnətov dünən “Kimyaçılar”ın rəhbərliyi ilə görüşüb, müqavilənin detallarını razılaşdırıb. Son iki mövsümü “Zirə”də keçirən əlcək sahibi birillik anlaşmaya razılaşıb. Keçidin tezliklə rəsmən açıqlanması gözlənilir.