“Sumqayıt” futbol klubu səfərdə “Araz-Naxçıvan”la qarşılaşacaq.
Sumqayit24.az xəbər verir ki, matç Misli Premyer Liqasının 13-cü turu çərçivəsində keçiriləcək. Oyun 10 noyabr saat 16:00-da Bakıda yerləşən “Liv Bona Dea Arena” stadionunda baş tutacaq.
Qeyd edək ki, 12 turdan sonra “Sumqayıt” 6-cı, rəqib komanda isə 3-cü pillədə qərarlaşıb.