Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev sumqayıtlılarla görüşə gəlir. O, Dünya və Avropa çempionudur. Bu haqda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
“Çempionumuz” layihəsi çərçivəsində keçiriləcək görüş, 1 nömrəli məktəbdə təşkil olunacaq. Çempionumuza suallar ünvanlamaq və onunla həmsöhbət olmaq istəyənlər 19 yanvar, saat 12:00-da görüşə qatıla bilərlər.
Bundan əvvəl, Sumqayıt sakinləri məşhur şahmatçı Zeynəb Məmmədyarova ilə görüşüblər.