"Sumqayıt" futbol klubu İtaliya A Seriyasında çıxış etmiş futbolçunu transfer edib.
Sumqayit24.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Serbiyanın U-21 millisinin formasını geyinmiş hücumameyilli yarımmüdafiəçi Nikola Ninkoviçi sıralarına cəlb edib.
30 yaşlı oyunçu karyerası ərzində "Cenoa", "Kyevo", "Empoli", "Askoli" və "Breşia" klublarının şərəfini qoruyub. Onun sonuncu iş yeri ölkəsinin "Tekstilaç" klubu olub.