Idmançılarımız "Europe youth series" turnirindən mükafatlarla dönüblər. Sumqayıt24 bu haqda 1 may tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə (GİBİ) istinadən xəbər verir.
Stolüstü tennis üzrə yarış Xorvatiyanın Osiyek şəhərində keçirilib. Millinin üzvləri (U-13), Sumqayıt idmançıları Yağmur Məmmədli və Xədicə Eylazova komanda yarışında gümüş, qoşa yarışlarda isə bürünc medallar qazanıblar.
Onların məşqçiləri Elnur Hidayətzadə və Səbinə Əzizlidir.