"Sumqayıt" futbol klubu baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.
Sumqayit24.az xəbər verir ki, klub rəhbərliyi 35 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv edib. O, bundan sonra klubun aşağı yaş qruplarından ibarət komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Vaqif Cavadovla ötən il 2,5 illik müqavilə imzalanıb.