“Sumqayıt” futbol klubu baş məşqçi Vaqif Cavadovla müqavilə müddətini uzadıb.
Sumqayit24.az xəbər verir ki, klubun Müşahidə Şurasının növbəti iclasında 35 yaşlı mütəxəssisin işi qənaətbəxş hesab olunub və onunla daimi əsaslı müqavilə bağlanılması qərara alınıb. Cavadov qarşıdakı 2,5 il müddətində “Sumqayıt” FK-nın baş məşqçisi təyin olunub.