Qadınlar arasında voleybol üzrə milli yığma komandamız V İslam Həmrəyliyi Oyunlarında bürünc medallara yiyələnib. Bu barədə 16 avqust tarixində Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Türkiyənin Konya şəhərində keçirilən yarışda yığmamız Kamerun komandasına 3:0 hesabı ilə qalib gələrək bürünc mükafatçı olub. Komandamızın tərkibində çıxış edən 19 nömrəli oyunçu Bəyaz Alıyeva Sumqayıt voleybol məktəbinin yetirməsidir.