“Sumqayıt” futbol klubu qış təlim-məşq toplanışında yoxlama görüşü keçirəcək.
Sumqayit24.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi yanvarın 5-də Sumqayıtda toplanacaq və hazırlıq prosesi “Kapital Bank Arena”da baş tutacaq.
Vaqif Cavadovun yetirmələri bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 10-11-də keçiriləcək qarşılaşmadakı rəqibin kimliyi məlum deyil.